Yol polisi yollara dronlar vasitəsilə nəzarət edəcək

Finlandiya polisi yol hərəkətini müşahidə etmək üçün dronlardan istifadə edəcək. “Yeniavaz.com”un “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bunu uçan kvadrokopterlər istehsal edən “Lännen Media” konsernindən deyiblər. Hazırda polisin sərəncamında 50-100 uçuş aparatı var. Asayiş keşikçiləri ilin sonunadək daha 14 ədəd yeni kvadrokopter alacaqlar. Onların ümumi qiyməti 350 min avro təşkil edəcək. Polis kvadrokopterlərdən, həmçinin yol hərəkəti qaydalarını pozanları aşkarlamaq məqsədilə istifadə edir. Polis dronların köməkliyi ilə ərazini, nəqliyyat vasitələrini və insanları daha yaxşı müşahidə edə biləcək.

DİGƏR XƏBƏRLƏR

Top