Şamaxıda yoxa çıxan əcnəbi turistlər tapıldı - AÇIQLAMA

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış 2 nəfər xarici vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən aşkar olunub.

FHN-dən verilən məlumata görə, hər iki şəxs Rusiya Federasiyasının vətəndaşıdır.

Turistlərin olduğu "Nissan" markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilir.

Əlavə məlumat veriləcək.apa

DİGƏR XƏBƏRLƏR

Top