Las-Veqas canisi barədə MARAQLI FAKTLAR

ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş musiqi festivalı iştirakçılarına atəş açmaqla azı 59 nəfəri öldürən və 527 nəfəri yaralayan 64 yaşlı Stiven Paddok barədə maraqlı faktlar üzə çıxıb.

“Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçmiş mühasib olan cinayətkarın maDdi vəziyyəti yaxşı olub. O, Nevada ştatının Meskvit şəhərində yaşayıb. Polisin məlumatına əsasən, S. Paddokun ovçuluq etmək üçün lisenziyası olub, lakin onun adı heç vaxt cinayətlərdə hallanmayıb. Bununla belə, caninin keçmiş qonşularından biri onu peşəkar qumarbaz və qəribə şəxs kimi tərif edib. Hətta S. Paddokun keçmişdə psixoloji problemlər yaşadığına dair dəlillər olduğu bildirilib. Cinayətkar silahları yazın ilk aylarında Las Veqasın ən böyük silah satışı mağazası olan “New Frointer Armory”dən alıb. Alış zamanı o, bütün ştat və federal qanunlara əməl edib. S. Paddokun qardaşı Erik bildirib ki, ataları Patrik Bencamin Paddok bank qarət edib və buna görə Federal Təhlükəsizlik Xidmətinin axtarışda olanların siyahısına salınıb. Hətta ataları həbsdən qaçmağa da imkan tapıb. S. Paddokun digər qardaşı Bryus isə qeyd edib ki, böyük qardaşı milyonçu əmlak sərmayədari olub.

DİGƏR XƏBƏRLƏR

Top