
Gürcüstanın sabiq Prezidenti, “Yeni qüvvələrin ruhu” siyasi partiyasının lideri Mixail Saakaşvili Ukraynada siyası sığınacaq almaq üçün ərizə təqdim edib.
“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu onun vəkili Markiyan Qalabala deyib. Vəkil bildirib ki, M. Saakaşvili əlavə müdafiəyə ehtiyacı olan vətəndaş statusu almaq istəyir: “Siyasi sığınacaq həmin statusun məişətdə işlədilən adıdır”. M. Qalabala diqqətə çatdırıb ki, müvafiq ərizə sentyabrın 11-də Lvov vilayətinin Dövlət Miqrasiya Xidmətinin idarəsinə göndərilib: “Lakin hələ cavab alınmayıb. Qanuna əsasən, cavab sutka ərzində verilməliydi”.
Tətbiqimizi yükləyə bilərsiniz