Ali Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etməyib

Ali Məhkəmədə jurnalist Rauf Mirqədirov barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Vəkil Fuad Ağayev APA-ya deyib ki, şikayət təmin edilməyib.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti cəza təyin edib və o, məhkəmə zalından azadlığa buraxılıb. Kassasiya şikayətində Ali Məhkəmənin ona bəraət verməsi istənilib.

DİGƏR XƏBƏRLƏR

Top