Rusiyada 1 berel neftin çıxarılmasının maya dəyəri açıqlandı

Rusiyada neft hasilatının maya dəyəri 1 barel üçün 3-8 dollar təşkil edir.

“Yeniavaz.com”un “Expert.ru” saytına istinadən verdiyi məlumata görə, unu Rusiyanın energetika nazirinin müavini Anton İnyutsın deyib. O bildirib: “Neft hasilatınn aşağı maya dəyərinə və emal dərinliyinin 70 faizdən 80 faizədək ( bəzi neft emalı zavodlarında 98 faizdən artıq) artması hesabına resurs bazamız dünyada ən rəqabətqabiliyyətlilərdən biri olaraq qalır”. A. İnyutsinin sözlərinə görə, Rusiya 2016-cı ildə dünya bazarlarına qaz tədarükləri üzrə liderliyini qoruyub saxlayıb: “Burada ölkənin payı 20 faiz təşkil edib. Digər tərəfdən, Rusiya 12 faiz neft və 9 faiz neft məhsulları ixrac etməklə maye halında olan karbohidrogenlərin tədarükləri üzrə birinci mövqeyini qaytarıb”. Nazir müavini əlavə edib ki, Rusiyanın istilik-elektrik kompleksi üçün əsas çağırışlar texnoloji gerilik və maliyyə resurslarına məhdud çıxışla bağlıdır”.

Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novak bu ilin martında bəyan etmişdi ki, Rusiya 50 ildən artıq müddətə tədqiq edilmiş neft ehtiyatlarına malikdir, neft hasilatının maya dəyəri isə 1 barel üçün 10-15 dollar təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top