“Qazprom” İraqın kürd muxtariyyətində işini davam etdirəcək

“Qazprom neft” şirkəti regionda siyasi vəziyyətə baxmayaraq, İraqın kürd muxtariyyətində işləməyi və layihələri reallaşdırmağı davam etdirir.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, şirkət əsasən, kürd muxtariyyətində iştirak edir və layihənin operatorudur.

Qeyd edək ki, “Qazprom neft” kürd muxtariyyətində üç layihəni işləyir: Şaxal, Hələbcə və Qarmian bloku. Bununla belə, şirkət seysmoloji kəşfiyyatın nəticələrinə əsasən, Hələbcə layihəsinin işlənməsindən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top