Suraxanıda 2250 manata obyekt satılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. "Yeniavaz.com" Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, hərracda özəlləşdirilən əmlaklardan 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Budəfəki hərracda özəlləşdirilməyə çıxarılan QAZ-2705 nəqliyyat vasitəsinə 2 sifariş verilib. İlkin start qiyməti 1 250 manata olan QAZ-2705 ən son 2 450 manata özəlləşdirilib. Məlumat üçün bildirilməlidir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 64,5 kv.m təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nəsimi, Nərimanov, Suraxanı rayonlarında, digəri isə Sumqayıtda yerləşir.

Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Suraxanı rayonunda yerləşir. Həmin əmlak 2 250 manata sahibini tapıb.

DİGƏR XƏBƏRLƏR

Top