İsa Həbibbəyli: “Yaxın zamanda Azərbaycanda peşə təhsili sahəsi rəqabətə davamlı sahələrdən biri olacaq”

“Ən yaxın zamanda Azərbaycanda peşə təhsili sahəsi rəqabətə davamlı sahələrdən biri olacaq”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Peşə təhsili və təlimində dövlət-özəl əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda Təhsilə Dəstək Proqramı-Peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün Fəaliyyət Qrantları” seminarında çıxışında bildirib ki, Azərbaycanda cəmiyyət, valideynlər daha çox ali təhsilə maraq göstərirlər: “Hər kəs övladının hansısa peşəyə yiyələnməsini görməkdənsə, onun ali təhsil alması barədə düşünür. Lakin etiraf etməliyik ki, son illər həyata keçirilən islahatlar nəticəsində gənclərin peşə təhsilinə marağı nisbətən artıb. Bu il peşə təhsilinə qəbulun nəticələri əsasında ilk peşə təhsili müəssisələrində qəbul planının tam dolması, cüzi yerlərin qalması gənclərin bu sahəyə olan marağını təsdiq edir. Bunu nəzərə alaraq, Azərbaycanda ilk dəfə olaraq, Milli Məclis tərəfindən “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb. Burada peşə təhsilinin inkişafı, lisenziyalaşdırılması, dövlət və özəl sahələrin birgə əməkdaşlığı, məzunların işlə təminatı, bu sahəyə dair strateji yol xəritəsinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapıb”. Apa

DİGƏR XƏBƏRLƏR

Top