Deputat oğlu qəza xəbərini təkzib etdi: Ölkədə olmayan biri necə adam vura bilər ki?! YENİLƏNİB

“Qardaşımın yolu keçən piyadanı vurması barədə yayılan xəbərlər kökündən yanlışdır. Qardaşım 15 gündən çoxdur ki, ölkədə yoxdur. Ölkədə olmayan biri necə adam vura bilər ki?!”

Bunu çıqlamasında deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalıyev qardaşı Yalçın Ağamalıyevin piyadanı vurması xəbərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yalan xəbər yayanlar barədə ölçü götürüləcək.

“Bu cür informasiyanı yayanların kimliyini araşdıracağıq. Nəsimi Rayon Polis bölməsi ilə də əlaqə saxlayacağıq. Yuxarı dairələrdən də yalan xəbər yayılması barədə açıqlama istəyəcəyik”.

Qeyd edək ki, Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi xəbər yayılıb. Xəbərə görə, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Azərbaycan Tibb Universitetinin qabağında idarə etdiyi "Jeep" markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Bildirilib ki, nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb. Modern.az

***09:00

Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi "Jeep" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.

Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur. Report

DİGƏR XƏBƏRLƏR

Top