Tramp terrorla bağlı Las-Veqasa gedir

“Yüzlərlə vətəndaşımızın itkisinin acısını yaşayırıq. Yaralanan şəxslərə bunu demək istəyirəm: sizlər üçün dua edirik, Tanrının sizə kömək etməsini diləyirəm. Bizi inancımız, ailələrimiz və ortaq dəyərlərimiz birləşdirir”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Las-Veqas şəhərində baş verən terror aktı ilə bağlı çıxış edərkən bildirib. Donald Tramp qeyd edib ki, terror aktından sonra dövlət bayrağının yarıya qədər endirilməsi ilə bağlı tapşırıq verib: “Mən oktyabrın 4-də hüquq-mühafizə orqanlarının nümayəndələri və fövqəladə xidmətin işçiləri ilə, həmçinin ölənlərin və yaralıların ailə üzvləri ilə görüşmək üçün Las-Veqasa yollanacağam. Habelə hadisəyə dərhal müdaxilə edən təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə görüşümüz keçiriləcək”.

Qeyd edək ki, bu gecə “Madalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 58 nəfər ölüb, təxminən 500 nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib. İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top