Xaçmazın Səlimoba kəndinə ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən (İB) verilən məlumata görə, 63 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 800 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 min 631 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Xaçmaz rayonunun Günəşli qəsəbəsində və Qaracik Zeyid kəndində tikinti-quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.Qafqazinfo.az