XXI əsrdə ABŞ-da baş vermiş ən kütləvi qətllər - SİYAHI

2007-ci ildən bu günədək ABŞ-da cinayətlarlar bir neçə dəfə kütləvi insan qətllərini törədiblər. Sonuncu belə hadisə oktyabrın 1-də Las-Veqasda qeydə alınıb. Bu, ABŞ tarixində ən kütləvi insan qətli hesab edilir. “Yeniavaz.com” RBK-ya istinadən XXI əsrdə ABŞ-da baş vermiş ən kütləvi insan qətllərinin siyahsını təqdim edir.

1. 2007-ci il. Virciniya ştatında Texniki Universitetin yataqxanası. 32 ölü

2007-ci il aprelin 16-da Cənubi Koreyadan gəlmə Ço Sın Xi iki tapança ilə silahlanaraq Virciniya ştatında Texniki Universitetin yataqxasına daxil olub və tələbələrə atəş açıb. İki saatdan sonra artıq tədris korpusunda atəş başlayıb. İnsident nəticəsində cinayətkarın özü daxil olmaqla 33 nəfər həlak olub. Cinayətkar intihar edib. Təqribən 30 tələbə və müəllim yaralanıb.

2. 2009-cu il. Kinston şəhəri. 10 ölü

2009-cu il martın 10-da Alabama ştatının Kinston şəhərində Maykl Maklendon 10 nəfəri (qohumlarını və təsadüfən yoldan keçənləri) qətlə yetirib. Bundan sonra o, polislə atışma zamanı özünü öldürüb. Onun cibində tapılan məktubda deyilirdi: “Mənim cəsədimi tapan polis əməkdaşından oxumağı xahiş edirəm. Mən təəssüflənmirəm ki, anamı öldürdüm, lakin indi isə mümkün olduğu qədər daha çox can almaqla özümü öldürmək istəyirəm...”.

3. 2009-cu il. Binhemton şəhərində Miqrasiya mərkəzi. 13 ölü

2009-cu il aprelin 3-də Nyu-York ştatının Binhemton şəhərində vyetnam əsilli amerikalı Civerli Vonq Miqrasiya mərkəzində atəş açaraq 13 nəfəri öldürüb, 4 nəfəri isə yaralayıb. Atəş açan şəxs intihar edib. Sonradan C. Vonqun ölümdən əvvəl yazdığı məktub aşkarlanıb. O, məktubda iddia edib ki, polis nu bir neçə il təqib edib.

4. 2009-cu il. Texasda Fort-Hud bazası. 13 ölü

2009-cu il noyabrın 5-də mayor Nidal Malik Həsən Fort-Hud hərbi bazasında qətliam törədib. O, 13 silahsız hərbçi yoldaşını öldürüb, 30-dan çoxunu isə yaralayıb. Polislə atışmada onurğa sütunundan travma alıb və qurşaqdan aşağı iflic vəziyyətinə düşüb. İslam dininə etiqad edən N. M. Həsən sonradan bəyan edib ki, dindaşlarını qorumaq üçün Əfqanıstan və İraqa göndərilməyə hazırlaşılan hərbçi yoldaşılarına hücum edib. 2013-cü ilin avqustunda ona edam cəzası verilib.

5. 2012-ci il. Avrorada kinoteatr. 12 ölü

2012-ci il iyulun 20-də Ceyms Holms “Century Aurora 16 Movie Theater” kinoteatrında “Qara cəngavər: əfsanənin dirçəlişi” filminin premeyerasında tamaşaçılara atəş açıb. Əvvəlcə o, tamaşaçı zalında gözyaşardıcı qaz səpələyib, sonra isə atəş açmağa başlayıb. Polis əməkdaşları kinoteatrın ətrafındakı parklamada cinayətkarı saxlayıblar. 12 nəfər həlak olub, 70-dən çox adam yaralanıb. Dindirmə zamanı məlumolub ki, C. Holms özünü Betmen haqqında komisk və fimlərdəki canilərdən biri olan Cokerə oxşadıb. O, ilkin həbs zamanı İslamı qəbul edib. 2015-ci ildə C. Holms ömürlük azadlıqdan məhrum edilib.

6. 2012-ci il. Nyutaun şəhərində “Sandy Hook” məktəbi. 26 ölü

2012-ci il dekabrın 14-də 20 yaşlı Adam Lenza Konnektikut ştatının Nyutaun şəhərində öz anasını güllələyərək yerli “Sandy Hook” məktəbinə yollanıb. O burada 20 uşağı və 6 yaşlı adamı öldürüb, sonra isə intihar edib.

7. 2013-cü il. ABŞ Hərbi Dəniz Qüvvələrinin mənzil-qərargahı. 12 ölü

2013-cü il sentyabrın 16-da ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) ehtiyatda olan hərbçisi Aaron Aleksis Vaşinqtonda HDQ-nin bina kompleksində atəş açıb. 12 nəfər ölüb. AR-15 tüfəngi ilə silahlanmış cinayətkar kabinetlərin birində barrikada quraraq polis əməkdaşlarına atəş açıb. Atışma zamanı o öldürülüb. Sonradan bildirilib ki, A.Aleksis paranoyadan əziyyət çəkib.

8. 2015-ci il. San-Bernardino şəhərində Məhdud imkanlı insanlar üçün mərkəz. 14 ölü

2015-ci il dekabrın 2-də Kaliforniya ştatının San-Bernardino şəhərində naməlum şəxs atəş açıb. Kişi və qadın Məhdud imkanlı insanlar üçün mərkəzə soxularaq 14 nəfəri güllələyiblər. Hücum edənlər polislə atışma zamanı öldürülüblər. Cinayətkarlar 27 yaşlı Taşfin Malik və onun əri 28 yaşlı Səid Rizvan Faruq olublar. İnsident terror aktı kimi qəbul edilib.

9. 2016-cı il Orlandoda “Pulse” klubu. 50 ölü

2016-cı il iyunun 12-də 29 yaşlı əfqan əsilli amerikalı Ömər Matin Orlandoda “Pulse” gey-klubuna hücum edib. O, məkana daxil olaraq ziyarətçilərə atəş açmağa başlayıb. Pilis əməkdaşları atəş başlayandan iki saat sonra kluba girməyi bacarıblar. Hücum nəticəsində cinayətkar daxil olmaqla 50 nəfər həlak olub. İnsidentə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

10. 2017-ci il. Las-Veqas şəhərində musiqi festivalı. 50-dən çox ölü

2017-ci il oktyabrın 1-də 64 yaşlı Stiven Peddok naməlum səbəblərdən Las-Veqas şəhərinin cənubundakı otelin 32-ci mərtəbəsindən atəş açıb. Aşağıda “Route 91” musiqi festivalı keçirilirdi. 50-dən çox adam həlak olub, 400-dən artıq adam isə yaralanıb. Cinayətkar özünü öldürüb. Las-Veqasdakı faciə ABŞ-ın tarixində odlu silahdan istifadə etməklə ən kütləvi insan qətli olub.

DİGƏR XƏBƏRLƏR

Top