Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat


Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb. Saxlanılan şəxsin 5-6 ay bundan öncə həbsxanadan çıxdığı bildirilir.

Qeyd edək ki, Poniçalada son aylarda keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində ittiham olunan 10-dan çox şəxs saxlanılıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top