"Bəzi təşkilatlar məşhur adamlara mükafat verib, bundan biznes qururlar"

"Bizdə xeyli QHT tanıyıram ki, işi peşəsi ona buna təşəkkürnamə, sertifikat, qramota paylamaqdır, bu üzrə ixtisaslaşıb". "Yeniavaz.com" xəbər verir ki, bunu hüquqşünas Sahib Məmmədov bildirib.

S. Məmmədov qeyd edib ki, bəziləri bunu biznesə çevirib: "Dünyada da belədir. Bir qədər imkanlı olan Qeyri-hökumət təsisatları (mərkəzlər, ictimai birliklər, institutlar və s.) yaxşı PR qurub əlaqələr yaradıblar. Məşhur adamlara belə mükafatlarla təltif edib (məşhurların çoxu belə mükafatları heç qəbul etmir və ya heç bundan xəbəri də olmur) özlərini məşhurlaşdırırlar. Sonra bundan yaxşı biznes düzəldirlər. 3-cü ölkələrdə bunların bazarı babat işləyir. Belə ölkələrdə bu və ya digər səbəbdən məşhurlaşan adamlara mükafat paylayırlar. Guya bunlar sorğu keçirib, guya filan qədər məşhur adam nominat olub, amma axırda filankəs qalib gəlib. Axtaranda görürsən ki, illik rəsmi büdcəsi 30-40 min olan bir gəlirsiz təşkilatdı (qeyri-kommersiya)".

Ekspert bildirib ki, bəzən çox mötəbər təşkilatlar da belə ödüllər verir: "Amma bunun da matahını çıxarmağa dəyməz. Məsələn, mən ötən il Dünya Bankının məşhur "Doing Business" proyektinin mükafatın almışam. Bəlkə çoxları bilmir ki, mən uzun illərdir o qrumda Azərbaycandan olan azsaylı ekspertlərdən biriyəm. Verdilər, mən də atmışam ofisdə siyirməyə. Bundan bir PR qurub özümü reklam üçün istifadə eləmirəm. Heç yeri də yoxdur. Mən daha hörmətli mükafatlar alan onlarla insan tanıyıram. Alırlar bir özləri bilir, bir də verən təşkilat. Yəni belə mükafatlara çoxda fikir verməyin",-deyə hüquqşünas bildirib.

DİGƏR XƏBƏRLƏR

Top