Dəməşqdə polis məntəqəsinə hücum: 15 ölü

Suriyanın paytaxtı Dəməşqin cənubundakı Əl-Meydan ərazisində partlayış nəticəsində 15 nəfər həlak olub, yaralılar var.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, ölənlərdən beşi polis, onu isə mülki şəxsdir. Polis məntəqəsinə edilən hücum zamanı nəqliyyat vasitəsi partladılıb. Hadisəni iki intiharçı-terrorçu törədib. Onlardan biri özünü polis məntəqəsinin içərisində özünü partladıb. Terror aktına görə məsuliyyəti heç bir qruplaşma hələ üzərinə götürməyib.

DİGƏR XƏBƏRLƏR

Top