Mingəçevirə marağı daha da artıran abidələr...

Ana dili, Sülh göyərçini və digər abidələr. Mingəçevir şəhərinə ilk ayaq basan yerli və əcnəbi turistlər bu abidələrə nəzər yetirir, şəkil çəkdirirlər. Nur şəhərinin yaşlı sakinləri həmin heykəllərin onlar üçün xüsusi əhəmiyyətə malik olduğunu deyirlər. 15 il öncə qurulan Ana dili abidəsi şəhər sakinləri üçün xüsusi önəm daşıyır.

Şəhər sakini Tahir Məmmədov: “57 il öncə toxuculuq kombinatının həyətində qoyulan Sülh göyərçinini rus heykəltaraş Sinişin hazırlayıb. Qısa zaman kəsiyində yonulub hazırlanan maraqlı görnüşlü abidə illərdir həmin məkanda ucalır. Sovet məkanında Toxuculuq kombinatında müxtəlif ölkələrdən insanlar işləyirdi və bu maraqlı heykəlin birliyə, sülhə işarə olduğu bildirilir”.

-Şəhər sakini Tofiq Qarayev: "Biz mingəçevirlilər istərdik ki, şəhərdə belə abidələrin sayı çoxalsın . Bu kimi abidələr Mingəçevirə marağı daha da artırar. Bu gördüyünüz abidələrin hərəsi bir tarixdir. Onu gənc nəsilə çatdırmaq bizim kimi yaşlı mingəçevirli sakinlərin üzərinə düşür. Amma nədənsə heç bir gənc bu abidələrlə maraqlanmır, onlar barədə heç bir məlumat alan da yoxdur”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top