Rusiya-Ukrayna sərhədində atışma: 2 ölü

Sərhədi yararaq Ukraynaya keçməyə çalışan naməlum şəxslərlə atışma zamanı rusiyalı sərhədçi həlak olub.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətindən deyiblər. Bildirilir ki, insident sentyabrın 30-da Kursk vilayətinin Qluşov rayonunun Tetkino qəsəbəsində baş verib. İki naməlum şəxs buraxılış məntəqəsindən yan keçməklə Ukrayna ərazisinə soxulmağa cəhd edib. Sənədlərin yoxlanılması zamanı onlar Kursk sərhədçilərinə silahlı müqavimət göstəriblər. Atışma zamanı sərhədi pozanlardan biri özünü partladıb, ikincisini tutmaq mümkün olub. Sərhədçilərindən biri aldığı yaralardan keçinib.

DİGƏR XƏBƏRLƏR

Top