“Qalatasaray”ın keçmiş oyunçusunda QİÇS aşkarlandı

“Qalatasaray” klubunun keçmiş müdafiəçisi Emmanuel Ebue İnsanda İmmunçatışmazlığı Virusu (İİV) infeksiyasına görə təkrar yoxlamadan keçib.

“Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçunun diaqnozu təsdiq olunub. Onun qanında İİV aşkarlanıb. Kot-d’İvuarlı oyunçu Kiprin AEL klubunda tibbi müayinədən keçərkən həkimlər ondan şübhələniblər.

Xatırladaq ki, E. Ebue 2004-2011-ci illərdə “Arsenal”, 2011-2014-cü illərdə “Qalatasaray” klubunda çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top