İstanbulda ən azı 10 min məscid çatışmır

İstanbulda əhalininin sayı nisbətinə görə 15 min məcsid olmalıdır.

“Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İstanbul müftisi Həsən Kamil Yılmaz deyib. Onun sözlərinə görə, hazırda İstanbulda 3365 məscid var, şəhərdə ən azı 10 min yeni məscidə ehtiyac var. H. K. Yılmaz qeyd edib ki, İstanbulda bəzi yerlərdə 50 min, 30 min nəfərə bir məscid düşür: “Bu, çox böyük rəqəmdir”.

İstanbul müftisi əlavə edib ki, 1999-cu ildə baş vermiş zəlzələdən əvvəl tikilmiş məscidlər zəlzələ haqqında əsasnaməyə görə yenidən qurulmalıdır: “Şəhərsalma çərçivəsində 20-30 məscidimiz yenidən sökülüb qurulacaq”.

DİGƏR XƏBƏRLƏR

Top