Pis rəhbərin 11 əlaməti: Siz necə rəhbərsiniz?..

Özünüzü tabeliyinzdə olan əməkdaşları təngə gətirən rəhbər kimi hiss edirsiniz? Yoxsa özünüzü bu günə qədər gördüyünüz ən yaxşı rəhbər hesab edirsiniz? Əslində isə heç bir rəhbər ideal deyil və siz fəaliyyətiniz boyu yaxşı rəhbər olmaq üçün nələrisə öyrənməli, təcrübə toplamalı olacaqsınız. Bəzən özünüzü kənardan izləmək və subyektiv olaraq yaxşı və yaxud pis rəhbər olduğunuzu qiymətləndirməyiniz mütləqdir. Təbii ki, yaxşı rəhbər olmaq arzusundasınızsa. Bəs pis rəhbərlərin əsas davranış formaları hansılardır və onu necə tanımaq olar? "Yeniavaz.com" xəbər verir ki, "business.com" portalı apardığı araşdırmadan sonra pis rəhbərlərin aşağıdakı davranış formalarını müəyyənləşdirib:

- İş zamanı əməkdaşın hər addımına nəzarət edirlər

- Elə zənn edirlər ki, işçilər onların yardımı olmadan heç cür keçinə bilməzlər

- Daima işə müdaxilə etməyə çalışırlar

- Əməkdaşlardan onların tələblərini yerinə yetirməyi əmr edirlər

- Hər kəsə eyni şəkildə ədalətli davranmırlar

- Yeni vəzifəyə təyin oluduqları zaman "kollektiv"ini də özləri ilə aparırlar

- Elə zənn edirlər ki, rəhbər öz işçilərinin tələblərini nə qədər çox yerinə yetirərsə, ona bir o qədər çox nifrət edərlər

- Belə hesab edirlər ki, rəhbər işçilər ilə olan məsafəni və sərhədi aşmamalıdır

- Fikirləşirlər ki, əməkdaş aldığı maaşın miqdarından asılı olmayaraq zamanla ona vərdiş edir

- Düşünürlər ki, əgər rəhbər yalnız bir əməkdaşın probleminə ilişib qalırsa, nə o, nə də kollektiv irəli getməyəcək

- Bu qənaətdədirlər ki, rəhbər - şirkətin əsas simasıdır. Rəhbər yoxsa, şirkət də yoxdur

DİGƏR XƏBƏRLƏR

Top