Fiziologiya və tibb sahəsində Nobel mükafatçıları müəyyənləşdi

2017-ci il Nobel mükafatı fiziologiya və tibb sahəsində ABŞ-dan olan alimlər qrupuna verilib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Stokholm Karolina İnstitutunun Nobel Komitəsindən deyiblər. Mükafatı alan alimlər Maykl Yanq, Ceffri Holl və Maykl Rosbaşdır. Onlar orqanizmin sirkad ritmlərini tənzimləyən molekulyar mexanizmlərin öyrənilməsinə görə mükafata layiq görülüblər. Mükafatlandırma mərasimi dekabrın 10-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top