"Nəyə görə yağın qiyməti 18 manata çatıb?" - Çingiz Qənizadə

"Rayonlarda tez-tez insanlarla görüş keçiririk. Onlar mənə bir sual verirlər ki, ölkəmizdə istehsal olunan məhsulların qiymətləri xaricdən gətirilən məhsulların qiymətlərindən niyə bahadır?”.

Bunu deputat Çingiz Qənizadə Milli Məclisdə deyib.

Onun sözlərinə görə, son vaxtlar manatın dəyəri 4 faiz yüksəlib: “Bəs nəyə görə yağın qiyməti 18 manata çatıb? Dünən özüm də mağazaya girdim, bəzi yağların qiymətinin 18 manata çatdığını gördüm. İnsanları narazı salmaq olmaz. Sahibkarlar bunu nəzərə almalıdır. Eyni zamanda, ətin də qiyməti qalxır. Antiinhisar Komitəsi tərəfindən qiymətlərin tənzimlənməsinə ehtiyac var”.

Spiker deputatın çıxışına belə reaksiya verib: “Qiyməti qaldıran başqa ölkədən bura kəşfiyyatçı gəlməyib ki. Onlar da öz vətəndaşlarımızdır”. Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top