Banklarda dollar qıtlığı varmı? Banklar nə qədər dollar satdıqlarını açıqlayıblar

Son bir neçə gündə banklarda dollar qıtlığı ilə bağlı məlumatlar yayılıb. Bu barədə hətta bəzi xəbər saytları da məlumatlar dərc edib. Bəs görəsən, həqiqətəndə banklarda dollar qıtlığı varmı? Araşdırmadan məlum olur ki, bankların əksəriyyəti dollar satışını həyata keçirir.

Bankın adı

Nə qədər dollar almaq olar

AccesesBank

Limitsiz

AFB bank

Limitsiz

ATA bank

Limitsiz

AGB bank

Kassada olan vəsaitdən asılıdır

Azər Türk Bank

Kassada olan məbləğdən asılıdr

Bank Avrasiya

limitsiz

Bank of Baku

limitsiz

BTB bank

Kassada olan vəsaitdən aılıdır

Bank Silk Vay

Limitisiz

VTB bank

100 minə qədər

Dəmirbank

Kassada olan vəsaitdən asılıdır

Gunaybank

Limitsiz

Xalq bank

Alış 3 min satış min dollar

Kapital bank

Limitsiz

Muğanbank

Limitsiz

NBC bank

Kassada olan vəsaitdən aılıdır

Nikoil bank

Limitsiz

Paşa Bank

Kassada olan vəsaitdən asılıdır

Rabitəbank

limitsiz

Turanbank

limitsiz

Unibank

limitsiz

Ziraət Bank

min dollara qədər

Ölkədə dollar qıtlığı barədə açıqlama verən iqtisadçı ekspert Cəfər İbrahimli hazırda banklarda dolların olmadığı fikri ilə razılaşmadığını bildirdi. Onun sözlərinə görə Banklar valyuta mövqeyini tənzimləmək üçün kifayət qədər dollar alıblar. Həmçinin banklar dollarla kredit vermirlər. Cəfər İbrahimli hazırda banklarda kifayət qədər likvid dollar vəsaitinin olduğunu bildirdi. fins.az

DİGƏR XƏBƏRLƏR

Top