İngiltərənin aviasiya tarixində ən böyük iflas baş verdi

İngiltərənin ən böyük beşinci hava yolu şirkəti “Monarch Airlines” qəfil bir qərarla bütün əməliyyatları dayandırıb.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu, ingilis aviasiyası tarixində ən böyük iflas sayılır. Qərardan sonra qarşıdakı dövr üçün 300 min rezervasiya ləğv olunub, hələ də əllərində qayıdış bileti olan 100 min sərnişinin isə xaricdən necə geri dönəcəkləri məchul olaraq qalır. 2500 əməkdaşın işlədiyi “Monarch Airlines” ötən il 6 milyon sərnişin daşıyıb və 214 milyon funt-sterlinq zərər görüb.

Qeyd edək ki, “Monarch Ailines” aviaşirkəti 1967-ci ildə qurulub.

DİGƏR XƏBƏRLƏR

Top