Moskvada partlayışlar törətməyi planlaşdıran terrorçular saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva bölgəsində terror aktları törətməyi planlaşdıran İŞİD terror qruplaşmasının üzvlərini saxlayıb.

“Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, İŞİD hücrəsinin üzvləri xaricdən idarə olunublar. Onlar 2017-ci ilin sentyabrında insanların kütləvi toplaşdığı yerlərdə və nəqliyyat infrastrukturu obyektlərində partlayışlar vasitəsilə səs-küylü terror aktları törətməyi planlaşdırıblar. FTX saxlınalan silahlıların qaldıqları yerlərdə axtarış apararkən iki tam hazır vəziyyətdə əldəqayırma bomba, RQD-5 əl qumbaraları, Makarov tapançaları, partlayıcı qurğuların hazırlanması üçün zəruri əşyalar və rabitə vasitələri ələ keçirib. FTX-nin məlumatına görə, İŞİD hücrəsinin tərkibinə Şimali Qafqazdan gəlmələr daxil olublar.

DİGƏR XƏBƏRLƏR

Top