Şamaxıda dəhşətli qəza: ölənlər var

Şamaxı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib. Hadisə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfərin hadisə yerində öldüyü, 3 nəfərin ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

“Qafqazinfo” qəza nəticəsində ölən və yaralananların adlarını əldə edib. Belə ki, vəfat edənlərdən ikisi ata və qızıdır. Onlar Ağsudan Bakıya gedirlərmiş.

Vəfat edənlər:
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Cəbiyev Elman Hüsyen oğlu
Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Hüseynova Nigar Elman qızı
Ağsu rayon sakini, 1978-ci il təvəllüdlü Soltiyev Teymur Nədirxan oğlu

Yaralılar:
Ağsu rayon sakini, 1978-ci il təvəllüdlü Babayev Cavid Əlbaba oğlu
Ağsu rayon sakini, 1966-cı il təvəllüdlü İbrahimov İlqar Fərhad oğlu (sürücü)
Ağsu rayon sakini, 1973-cü il təvəllüdlü Babayev Elşən Muradxan oğlu.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top