Bir ayda 79 nəfər yol qəzasında ölüb - Dəhşətli statistika

Sentyabr ayında respublikanın avtomobil yollarında 121 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin saytında yer alan məlumatlara görə, yol qəzalarında 79 nəfər ölüb, 196 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 315 nəfər həlak olub, 832 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top