ATV-nin Azərbaycandan birdəfəlik getdiyi deyilən aparıcısı qayıtdı: "Hamı mənə qəribə baxırdı"

ATV kanalında baş verən məlum olaylardan sonra işdən çıxarılanlardan biri də "Yoxlama" verilişinin aparıcısı Azər Zahid oldu. Son günlər mətbuatda haqqında qalmaqallı xəbərlər yazılanlardan biri də odur. Bildirilirdi ki, Azər Zahid ATV kanalı bağlandıqdan sonra ölkəni birdəfəlik tərk edib. Aparıcı xarici ölkəyə getdiyini təsdiqləsədə, birdəfəlik gedib-getmədiyi məlum deyildi.

"Yeniavaz.com" xəbər verir ki, bu gün aparıcı sosial şəbəkədəki səhifəsində paylaşım edərək Azərbaycana qayıtdığını bildirib. Paylaşımdan belə aydın olur ki, onun Azərbaycandan birdəfəlik getməsi barədə məlumatların əsası yoxdur. Lakin "Yoxlama" verilişini kimin aparacağı, verilişin ümumiyyətlə yayımlanıb-yayımlanmayacağı, Azərin bundan sonra hansı kanalda fəaliyyətini davam etdirəcəyi hələ də məlum deyil. Onun ölkəyə qayıtması ilə bağlı paylaşımını təqdim edirik: "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı... Ölkəmi cox sevirəm. Bu gün doğma şəhərimə qayıtdım. Hava limanında hər kəs mənə qəribə baxırdı".

DİGƏR XƏBƏRLƏR

Top