Rusiyada qanunsuz yolla qızıl əldə edən azərbaycanlı saxlanılıb

Rusiyanın Trans-Baykal ərazisində Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Novaya Çara dəmiryol stansiyasında nəqliyyat polisinin apardığı yoxlanma zamanı həmin şəxsin üzərində qanunsuz şəkildə əldə etdiyi 2 milyon 711 min rubl (79400 manat) dəyərində 1,2 kq qızıl olan qutu aşkarlanıb. Saxlanılan şəxs qızılı qəsəbələrdən birindən tapdığını və satmaq niyyətində olduğunu bildirib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 191-ci (qiymətli məhsulların qanunsuz saxlanması) maddəsi ilə cinayət işi başlanıb. apa

DİGƏR XƏBƏRLƏR

Top