Ərdoğan: “Kərkük üzərindən ölkəmizin təhdid edilməsinə dözə bilmərik”

“Bu xaotik dönəmdə Şimali İraq Kürdüstan Muxtariyyətinin keçirdiyi referendum, müstəqillik iddiası başqa güclərin oyuncağı olmaqdan başqa bir anlam daşımır”.

Bunu bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti deyib ki, bu fitnə quyusunun qazanılmasına Türkiyə göz yuma bilməz: “Kərkük üzərindən ölkəmizin təhdid edilməsinə dözə bilmərik. Buna mütləq cavab verərik. Şəxsi iddia və iqtidar mübarizəsi üzündən atılan bu yanlış addımdan dərhal geri dönülməsini gözləyirik. Şimali İraq hakimiyyəti məyusluqla üzləşməyə məhkumdur. Əgər Şimali İraq hakimiyyəti bu yanlışdan dönərsə, Türkiyə bu qardaşlarının yanında olmağa davam edəcək”. Apa

DİGƏR XƏBƏRLƏR

Top