"Qarabağ"ın hücumçusu: "Roma"ya vurduğum qolu unutmayacağam"

"Qarabağ"ın futbolçusu Pedro Enrike Çempionlar Liqasında qrup mərhələsinin II tur matçında İtaliya "Roma"sının qapısından keçirdiyi qolu şərh edib.

27 yaşlı hücumçu Braziliya mətbuatına açıqlamasında həmin epizodu xüsusi an kimi dəyərləndirib.

"Sambaçı" belə məqamın bir hissəsi olmaqdan böyük məmnunluq duyduğunu bildirib: "İlk dəfədir ki, Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsində yer alır. Bu qol həmişə yadımda qalacaq".

O, komandanın qalib gəlməməsinə görə təəssüf edib: "Təəssüf ki, müsbət nəticə əldə edə bilmədik. Lakin "Roma" kimi böyük kluba qarşı yaxşı oynadıq. Hətta heç-heçə də edə bilərdik. Vurduğum qola görə xoşbəxtəm. Bu, mənə böyük əminlik hissi bəxş edir".

Qeyd edək ki, Pedro Enrike "Roma" ilə görüşün 29-cu dəqiqəsində Dino Ndlovunun ötürməsindən sonra Braziliya millisinin qapıçısı Alison Ramzes Bekeri məyus edib. Görüş "Qarabağ"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Report

DİGƏR XƏBƏRLƏR

Top