Kataloniyada polislə toqquşmalarda xəsarət alanların sayı 460 nəfərə çatıb YENİLƏNİB

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı 460 nəfəri ötüb.

Bunu bu gün Barselonanın meri bildirib.

***16:55

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı ən azı 337 nəfər xəsarət alıb.

Bu barədə Kataloniya hökuməti məlmat yayıb.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

***15:15

Bu gün İspaniya polisi Barselonada Kataloniyanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumda iştirak etmək istəyənlərə qarşı rezin güllədən istifadə edib.

Bu barədə “Həftənin güzgüsü” nəşri məlumat yayıb.

Polis seçki məntəqələri yaxınlığına toplaşanlara rezin güllələrdən atəş açıb. Barselona küçələrində xəsarət almış insanlar görüntülənib.

***11:15

Kataloniyada müstəqilliklə bağlı referenduma start verilib.

Bu barədə RİA "Novosti" xəbər verib. Məktəblərdə açılan 2300 seçki məntəqəsinin 1300-ü İspaniya polisinin nəzarəti altındadır və bağlanıb.

Buna görə də səsvermə bütün seçki məntəqələrində keçirilmir. Bəzi seçki məntəqələrinə polislə toqquşmalar başlayıb. Kataloniya muxtariyyətinin hakimiyyəti səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilərlər. Apa

DİGƏR XƏBƏRLƏR

Top