Səhiyyə Nazirliyi: Aşura günü 1722 litr qan toplanıb - YENİLƏNİB​

Azərbaycanda Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyası başa çatıb.

Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, Aşura günü keçirilmiş qanvermə aksiyasında 3827 nəfər qan verib.

O qeyd edib ki, qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edib.

Bura Təzə Pir məscidi, Hacı Soltanəli məscidi, Bibiheybət ziyarətgah məscidi, İçərişəhər Cümə məscidi, Qaraçuxur məscidi, Mirmövsüm Ağa ziyarətgah məscidi, Nizami rayon Keşlə qəsəbə məscidi, Sumqayıt şəhəri Cümə məscidi, Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhəri mərkəzi Cümə məscidi, Lənkəran şəhəri Böyükbazar Cümə məscidi, Bərdə şəhəri Cümə məscidi, Nəsimi rayonu Əjdərbəy məscidi, Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi, Göyçay rayonu Əbülfəzlil Abbas məscidi, Quba rayonu Ərdəbil məscidi daxildir.

***12:51

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, saat 12.00-a qədər Azərbaycan üzrə 2500-ədən çox insan qan verib. Apa

*** 09:25

Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası başlayıb.

"Təzə Pir " məscidində də qanvermə aksiyasına start verilib.

Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva "Report"a bildirib ki, institutun əməkdaşları artıq səhər saatlarından nəzərdə tutulmuş ünvanlara yollanıb.

Qeyd edək ki, QMİ-nin təşəbbüsü ilə bu gün aşağıdakı ünvanlarda qanvermə aksiyası keçirilir:

1. Yasamal rayon Təzə-pir məscidi

2. Yasamal rayon Hacı Soltanəli məscidi

3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi

4. Səbail rayon İçərişəhər Cümə məscidi

5. Suraxanı rayon Qaraçuxur məscidi

6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi

7. Nizami rayon Keşlə qəsəbə məscidi

8. Sumqayıt şəhəri Cümə məscidi

9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi

10. Mingəçevir şəhər Heydər məscidi

11. Şəki şəhəri mərkəzi Cümə məscidi

12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi

13. Bərdə şəhəri Cümə məscidi

14. Nəsimi rayonu Əjdərbəy məscidi

15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi

16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi

17. Quba rayonu Ərdəbil məscidi

DİGƏR XƏBƏRLƏR

Top