Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri dünyasını dəyişib

Şən və Hazırcavablar Klubunun (ŞHK) təsisçilərindən biri olan şair və yazıçı Andrey Menşikov 72 yaşında Moskvada dünyasını dəyişib.

Bu barədə mərhumun ailə üzvləri məlumat yayıb.

Menşikov 1960-cı illərdə ŞHK-nın mənbəyində duran şəxslərdən biri olub, Moskva İnşaat Mühəndisləri İnstitutunun komandasına rəhbərlik edib.

Qeyd olunur ki, o, 1986-cı ildə ŞHK-nın yenidən dirçəldilməsinin təşəbbüskarlarından biri olub.

Menşikov yüzdən çox mahnı və şeirin müəllifidir. O, uzun müddət Sovet və Rusiya televiziyasında işləyib.

metbuat.az

DİGƏR XƏBƏRLƏR

Top