Azərbaycan körpə ölümlərinə görə regionda ilk sırada yer alır SİYAHI

Azərbaycan körpə ölümlərinə görə region ölkələri arasında ilk sırada yer alır. "Yeniavaz.com" dünyanın nüfuzlu qurumlarından olan Dünya İqtisadi Forumunun (DİF) 137 ölkəni əhatə edən sonuncu hesabatına ("The Global Competitiveness İndex 2017-2018") istinadən xəbər verir ki, Azərbaycan körpə ölümlərinə görə 137 ölkə arasında 100-cü sırada qərarlaşıb. Digər region ölkələrində isə vəziyyət Azərbaycanla müqayisədə daha yaxşı olub. Qonşu Gürcüstan körpə ölümlərinə görə 137 ölkə arasında 61-ci sırada yer alıb. Ermənistanın mövqeyi 70-ci pillə olub. Bunlardan başqa Rusiya körpə ölümlərinə görə 51-ci, İran 74-cü, Türkiyə 64-cü, Qazaxıstan 70-ci, Qırğızıstan 88-ci, Ukrayna 50-ci, Latviya 46-cı, Litva isə 23-cü yerdə qərarlaşıb. Ən yaxşı vəziyyət isə Estonyada qeydə alınıb. Estonya dünyanın 137 ölkəsi arasında körpə ölümlərinin ən az olduğu 9-cü ölkədir.

Körpə ölümlərinin ən az olduğu ölkələr:

Ölkələr

137 ölkə arasında mövqeyi

Estonya

9

Litva

23

Latviya

46

Ukrayna

50

Rusiya

51

Gürcüstan

61

Türkiyə

64

Qazaxıstan

70

Ermənistan

70

İran

74

Moldova

76

Qırğızıstan

88

Azərbaycan

100

DİGƏR XƏBƏRLƏR

Top