“Bavariya” yeni baş məşqçisini tapdı

Tomas Tuxel Münhenin “Bavariya” klubunun baş məşqçisi təyin ediləcək. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, T. Tuxel daha əvvəl “Maynts” və “Borussiya” Dortmund klublarını çalışdırıb. Alman mütəxəssis yaxın vaxtlarda Karlo Ançelottinin qovulmasından sonra boş qalmış baş məşqçi vəzifəsini tutacaq. 44 yaşlı T. Tuxel Münhen təmsilçisi ilə artıq müqavilənin şərtlərini razılaşdırıb. Xatırladaq ki, italiyalı K. Ançelotti Çempionlar Liqasının qrup mərhələsində səfərdə PSJ-yə 0:3 hesabı ilə uduzduqdan sonra istefaya göndərilib. Villi Sanyol baş məşqçi vəzifəsi səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top