Trampın ən çox bəyəndiyi idmançı

ABŞ Prezidenti Donald Tramp ispaniyalı tennisçi Rafael Nadalı özünün sevimli idmançısı adlandırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu amerikalı lider İspaniyanın Baş naziri Mariano Raxoy ilə görüş zamanı deyib. Ağ evin rəhbəri bildirib: “Rafanı bəyənirəm. O, həmişə qələbəyə can atır. O qalibdir”. Prezident, həmçinin qeyd edib ki, tennisçini İspaniyanın böyük xəzinəsi hesab edir. Xatırladaq ki, D. Tramp ABŞ prezidenti seçkilərində qalib gəlməzdən əvvəl R. Nadalın iştirakı ilə keçirilən US Open matçlarına gedib. R. Nadal fərdi yarışlarda dünyanın bir nömrəli raketka ustasıdır. İdmançı bütün karyerası ərzində Böyül dəbilqə turnirlərində 16 qələbə qazanıb, eləcə də Fransa açıq çempionatında 16 dəfə rekord sayda qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top