Nazirlik: "Dünən internetdə heç bir problem olmayıb"

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda internetin yayımında problem yaranıb.

Təqribən saat 15:00 radələrində ölkənin internet təminatında və milli resursların fəaliyyətində fasilə yaranıb.

Problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərib. Nazirliyin Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkədəki telekomnukasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir: “Həm “Aztelecom”un, həm də “Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb. Ölkə ərazisində genişzolaqlı sabit internet şəbəkəsində hər hansı bir problem müşahidə olunmayıb”.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top