ABŞ-ın daha bir ştatı "Dağlıq Qarabağ"ın müstəqilliyini tanıdı VİDEO

ABŞ-ın Miçiqan ştatı "Dağlıq Qarabağ"ın müstəqilliyini tanıyıb. "Yeniavaz.com" xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Erməni Milli Komtəsi (ANCA) məlumat yayıb. Məlumatda bildirilir ki, Miçiqan ştatının Senatında baş tutan toplantıda senator David Knezek tərəfindən irəli sürülən təklif əksəriyyət tərəfindən qəbul olunub. Məlumatda həmçinin qeyd edilir ki, Miçiqan ştatı qondarma Respublikanın müstəqilliyini tanıyan sayca 8-ci ştat olub. Qeyd edək ki, daha əvvəl ABŞ-ın Massaçusets, Men, Luiziana, Corciya, Havay və Kaliforniya ştatlarında da analoji addım atılıb.

Erməni Milli Komtəsinin Miçiqan ştatı üzrə nümayəndəsi Lara Nersesyan bildirib ki, Miçiqan ştatının Senatı tərəfindən "Dağlıq Qarabağ"ın müstəqilliyinin tanınması Azərbaycan Prezidenti İlham Əliyevin "müstəqil" Respublikaya qarşı həyata keçirdiyi təcavüzkar siyasətə böyük zərbə vuracaq.

ermeni

DİGƏR XƏBƏRLƏR

Top