OPEC-in neft hasilatı sentyabr ayında 50 min barel/gün artım göstərib. "Reuters" xəbər verir ki, buna səbəb İraq və Liviyada hasilatın artması olub. Agentlikdən həmçinin bildirilib ki, OPEC üzvləri tərəfindən hasilatın azaldılması ilə bağlı anlaşmaya sentyabr ayında 86% riayət olunub. Avqustda bu göstərici 89% təşkil edib. İraq tərəfindən hasilatın artırılması isə onu göstərir ki, bu ölkədə baş verən siyasi gərginlik neft ixracına mənfi təsir göstərməyib.
Sentyabr ayında Liviya neft hasilatını 50 min barel/gün artırıb, Nigeriya isə 30 min barel/gün azaldıb. İraq neft hasilatını 40 min barel/gün artırıb, həmçinin S.Ərəbistanı və İran hasilatı 20 min barel/gün artırıb. Anqola və Venesuelanın neft hasilatında isə azalma müşahidə olunub. Agentliyin araşdırmalarına əsasən, OPEC+ anlaşması iştirakçılarının sentyabrda neft hasilatı 32,72 mln. barel/gün təşkil edib ki, bu da anlaşmada qəbul olunan maksimum səviyyədən 970 min barel/gün yuxarıdır. Başqa sözlə, anlaşmaya 97% əməl olunub.Report