Dünya futbolunun veteranları Tbilisidə meydana çıxdı - FOTOLAR

Ötən gün Tbilisidə "Milan" klubunun sabiq futbolçusu Kaxa Kaladzenin təşkilatçılığı ilə xeyriyyə matçı keçirilib. Matçda Kaladzenin keçmiş klub yoldaşları ilə yaxın keçmişin məşhur futbolçuları qarşılaşıb. İştirakçılar arasında Luka Toni, Rivaldo, Andrey Şevçenko, Kafu, Françesko Totti, Ernan Krespo, Kevin Kurani, Alessandro Kostakurta, Xavyer Sanetti və başqaları olub.

Görüş dünya yığması komandasının 6:5 hesablı qələbəsi ilə başa çatıb. Matçda qolları Toni (dubl), Aleksandr İaşvili, Miçel Salqado, Rivaldo, Kafu, Kurani, Totti, Georgi Demetradze, Şevçenko və Marko Delvekkio vurub.

Oyuna bilet satışından əldə olunan bütün vəsait bu yay güclü yanğınlardan zərər çəkmiş Borjomi meşələrinin bərpasına sərf olunacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top