Xidmət yoldaşlarını güllələyən əsgər öldürülüb - Rusiyada

Rusiyanın Amur vilayətində hərbi hissədə atəş açaraq 3 nəfəri öldürən, 2-ni isə yaralayan əsgər saxlanılarkən silahlı müqavimət göstərib. RİA Novosti agentliyinin xəbərinə görə, cavab atəşi ilə Dağıstan sakini, 23 yaşlı Həsən Əbdüləhədov öldürülüb. Ötən gün Rusiyanın Beloqorsk şəhərində (Amur vilayəti) 2017-ci ilin sentyabrından həqiqi hərbi xidmətdə olan H. Əbdüləhədov hərbi hissədə təlim zamanı xidmət yoldaşlarına odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. İnsident nəticəsində 1 zabit və 2 əsgər ölüb, daha 2 əsgər yaralanıb. Faktla bağlı Rusiya İstintaq Komitəsində araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top