"Turan" oktyabrın 1-dən fəaliyyətini tam bərpa edəcək

"Turan" İnformasiya Agentliyi oxuculara müraciət edərək, oktyabrın 1-dən tam fəaliyyət göstərəcəyini bildirib.

Müraciətdə deyilir ki, agentlik sentyabrın 1-dən etibarən öz işini əhəmiyyətli dərəcədə dayandırmaq məcburiyyətində qalmışdı. Bu, Vergilər Nazirliyinin vergilərdən yayınma ittihamı ilə cinayət işi açmasının və agentliyin direktoru Mehman Əliyevin həbsinin nəticəsi əlaqəli olub

"2017-ci ilin avqust-sentyabr aylarında Turan 27 illik tarixində ən çətin dövrünü yaşadı, amma onun da öhdəsindən gəldi",-deyə agentlik bildirib.

"Turan" ictimaiyyətin - siyasi və ictimai xadimlərin, parlament deputatlarının, ziyalıların, jurnalistlərin və sadəcə sıravi vətəndaşların hamılıqla dəstəyi olmasayla problemdən qurtulduğunu qeyd edib.

"Hörmətli oxucular, "qara sentyabr" geridə qaldı və ümid edirik ki, agentliyin işində qalan digər problemlərə də onunla birlikdə son qoyulacaq. İnanırıq ki, uydurma cinayət işi bağlanacaq. Bu inamla oktyabrın 1-dən işimizi əvvəlki həcmdə bərpa edirik",-agentlik bəyan edib.modern.az

DİGƏR XƏBƏRLƏR

Top