
“Çelsi”nin hücumçusu Alvaro Morata bildirib ki, həyat yoldaşı “Arsenal” ilə İngiltərə Superkoboku uğrunda matçda penaltini vura bilmədikdən sonra onu evdən qovmaq istəyib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, ispan forvard qeyd edib ki, “Arsenal”ın qapısına penalti vura bilmədikdən sonra özünü yaxşı hiss etməyib. A. Morata əlavə edib ki, həyat yoldaşı hətta onu evdən qovmaq istəyib: “Oyunçular ruhun gücünü qorumalı və uğursuzluğa görə qanlarını qaratmamalıdırlar”. Xatırladaq ki, “Çelsi” və “Arsenal” arasında Superkubok uğrunda matç avqustun 6-da keçirilib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Oyun sonrası penaltilərdə isə “Arsenal” 4:1 heabı ilə güclü olub. 24 yaşlı A. Morata bu ilin iyulunda 80 milyon avroya “Real” Madriddən London təmsilçisinə transfer olunub.
Tətbiqimizi yükləyə bilərsiniz