Bakıda evakuator qaydanı belə pozdu VİDEO

Həmin ərazidə saat 09:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinə yolun kənarında dayanmağa icazə verilir.

Bakının "Memar Əcəmi" metrostansiyası yaxınlığında evakuator yol hərəkəti qaydalarını pozub.

Yolun kənarında dayanan avtomobili cərimə meydançasına aparmaq istəyən evakuatorun sürücüsü özü də qaydalara əməl etməyib.

Belə ki, sayrışan işıqları qoşmayan evakuatorun sürücüsü yolun əks istiqamətində dayanaraq avtomobili yük hissəsinə qaldırmağa çalışır. Videonu göndərən sakinlər iddia edirlər ki, həmin ərazidə saat 09:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinə yolun kənarında dayanmağa icazə verilir. Evakuator sürücüsünün bu hərəkəti yolda avtomobillərin hərəkətinə də mane olur.baku.ws

video

DİGƏR XƏBƏRLƏR

Top