Ruslar Almaniyanın keçmiş Kansleri yüksək vəzifə verdilər

Almaniyanın keçmiş Kansleri, “Nord Stream” şirkətinin səhmdarlar komitəsinin sədri Gerhard Şröder Rusiyanın “Rosneft” şirkətinin Direktorlar Şurasının tərkibinə daxil olub və onun sədri seçilib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, “Rosneft”in səhmdarları şirkətin Direktorlar Şurasının yeni tərkibinə səs veriblər. Yeni tərkibə 11 nəfər daxil olub. G. Şröder Direktorlar Şurasının yeni üzvü və onun sədri seçilib. O bu vəzifədə Rusiya Prezidentinin köməkçisi Andrey Belousovu əvəzləyib. Bundan başqa, Rusiyanın energetika naziri Aleksandr Novak Direktorlar Şurasının tərkibinə qayıdıb. Qalan doqquz nəfər Şuranın əvvəlki çağırışında olublar və öz mövqelərini qoruyublar. Qeyd edək ki, “Rosneft”in baş direktoru və İdarə Heyətinin sədri İqor Seçindir.

DİGƏR XƏBƏRLƏR

Top