“Kurtlar Vadisi” yenidən yayımlanacaq

Berlində “Kurtlar Vadisi Vatan” filminin qala gecəsi keçirilib. Türkiyə mətbuatı xəbər verir ki, mərasimdə çıxış edən filmin baş rol ifaçısı Necati Şaşmaz jurnalistlərin suallarını da cavablandırıb. Yayımı dayandırılan “Kurtlar Vadisi” serialının taleyi barədə danışan aktyor deyib ki, serial fərqli adla ekrana qayıdacaq. N.Şaşmaz serialın “Kurtlar Vadisi Xaos” adlanacağını söyləyib. Məlumata görə, serialda Türkiyənin cənubunda baş verən siyasi proseslər, regionda yaşanan böhranlar və digər məsələlərdə bəhs ediləcək. Serialın 2018-ci ilin yanvarından etibarən yayımlanacağı bildirilir.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top