
Tehran İran şirkətlərinə İraqın kürd muxtariyyətinə və əks istiqamətdən neft məhsullarını nəql etməyi müvəqqəti qadağan edib.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu qərar həmin regionda baş vermiş son hadisələr əsasında qəbul edilib. Xatırladaq ki, İran kürd muxtariyyətinin digər qonşuları kimi müstəqillik haqqında referendumun əleyhinə çıxış edib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif referendumu ciddi strateji səhv adlandırıb. Kürd muxtariyyəti İraqdan ayrılmaq üçün sentyabrın 25-də referendum keçirib. Seçicilərin 92,7 faizi müstəqilliyi dəstəkləyib.
Tətbiqimizi yükləyə bilərsiniz