Bakıda İraqın ərazi bütövlüyünə dəstək aksiyası keçirilib

Qarabağ Azadlıq Təşkilatı (QAT) BMT-nin Bakıdakı Ofisi qarşısında aksiya keçirib. Aksiya İraq Kürdistanında "müstəqillik referendumu"na etiraz etmək, İraqın ərazi bütovlüyünə və suverenliyinə dəstək vermək məqsədilə keçirilib. Aksiya iştirakçıları İraqın şimalındakı Kürd muxtariyyətinin senyabrın 25-də keçirdiyi "müstəqillik referendumu"nu pisləyib, bunu İraqın ərazi bütövlüyü və suverenliyinə qəsd kimi qiymətləndiriblər. Aksiyada "İraq vahid və bölünməzdir", "Saxta referendumu rədd edirik" və digər şüarlar səsləndirilib.Apa

DİGƏR XƏBƏRLƏR

Top